GamesOyun Evi: Boyama və Puzzle
Oyun Evi: Boyama və Puzzle - Screenshot 1
Oyun Evi: Boyama və Puzzle - Screenshot 2
Oyun Evi: Boyama və Puzzle - Screenshot 3
Oyun Evi: Boyama və Puzzle - Screenshot 4

Aperçu du jeu

Uşaqlarınızın zehni inkişafını əyləncəli və eyni zamanda öyrədici oyunlar ilə dəstəkləyin!

Oyun Evi layihəmizin ilk mərhələsi olan Boyama və Puzzle oyunu Məktəbəqədər və İbtidai Sinif şagirdlərinin təfəkkürünü və yaradıcılığını təkmilləşdirmək üçün Pasha Holding-in dəstəyi ilə hazırlanmışdır.



Məqsədimiz, övladlarımızın parlaq gələcəyə sahib olması üçün onlara ən dəyərli miras olan elmə, təhsilə və öyrənməyə maraq aşılamaqdır. Bu isə didaktik metodlarla deyil, onların yaşına və zövqünə uyğun əyləncəli, amma öyrədici oyunlarla mümkündür.



Oyun Evi: Boyama və Puzzle oyunu ilə məktəbəqədər və ibtidai sinif uşaqlarının ən çox sevdiyi fəaliyyətlərdən ikisini oyunlaşdırılmış formada təqdim edirik.



Boyama modulu uşaqlara rəssamların sahib olduğu müxtəlif qələm, fırça, pastel boyalar, boya qutusu və s. kimi alətləri zövqlərinə uyğun istifadə imkanı verir.

- Bu modul onların yaradıcılığını inkişaf etdirəcək, özünəməxsus rəsm və dizaynlar əldə etməklərinə fürsət yaradacaqdır.

- 150-dən çox boyama səhifəmiz balaca istifadəçilərimizin zövqünə uyğun rənglərə boyanmaq üçün həyəcanla öz növbəsini gözləyir.

- Səhifələr təbiət, heyvanlar aləmi, nəqliyyat vasitələri, yeməklər və s. kimi mövzuları əhatə edir.

- Vətənimiz mövzusunun boyama səhifələri isə Azərbaycan tarixi, mədəniyyət və təbiətinin mühim simvollarını balaca dostlarımıza təqdim edir.

- Bunların arasında Xarı Bülbül, Qız Qalası, Şəki Xan Sarayı, Xudafərin Körpüsü kimi rəmzlərimiz yer almaqdadır.



Puzzle (Jigsaw Pazl) modulu isə balaca dostlarımızın problemləri həll etmə, vizual məkan təsəvvür qavrayışını inkişaf etdirmə kimi bir çox bacarıqlarını inkişaf etdirəcək. Bu pazllar təhsil və əyləncəni birləşdirərək balacaların səbr, diqqət, incə motor, həmçinin riyazi düşüncə bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edir. Əlavə olaraq, bu oyunlar stresi azaldaraq ailə üzvlərinin birgə zaman keçirməsinə kömək edir, eyni zamanda uşaqları məktəb üçün hazırlayır.

- Bu modulumuz da 10-dan çox mövzunu əhatə edir

- Ümumi sayı 100-dən çox olan pazl fəaliyyəti səviyyəyə görə çətinləşir

- Burada da “Vətənimiz” mövzusu altında uşaqlarımızı Azərbaycanın mühim rəmzləri ilə tanış edirik.



Oyun Evi layihəmizə aid oyunların heç bir mərhələsində reklam və ya ödəniş tələb edilmir. Bu layihənin məqsədi Azərbaycanda Məktəbəqədər və İbtidai Sinif şagirdlərinin elmi-akademik inkişafını dəstəkləmək, eyni zamanda Azərbaycan dilini, mədəniyyətini və tarixini də balaca dostlarımıza ən sevdəkləri metod ilə - oyunlarla öyrədə bilməkdir. 

Pasha Holding-ə layihəmizin ortaya çıxmasında verdikləri dəstək üçün dərin minnətdarlığımızı bildiririk.

Développeur
Cemil Islamov
Date de mise à jour
Sept. 20, 2023
Date de sortie
Sept. 20, 2023
Prix
Gratuit

Gameplay et streams

Painting House 3 coloring match puzzle game #painting #coloring #colorgame #puzzlegame #game #puzzlePaInTing
Painting game coloring match puzzle game #painting #coloring #colorgame #puzzlegame #game #puzzleDERDO.00
Painting House 3 coloring match puzzle game #painting #coloring #colorgame #puzzlegame #game #puzzlePaInTing

Développeur

Plus de jeux par Cemil Islamov
Accepter les cookies de Skich sur ce navigateur ?

Skich utilise des cookies et des technologies similaires pour fournir, améliorer, sécuriser et analyser ses services. En cliquant sur « Tout accepter », vous acceptez de nous permettre d'utiliser nos propres cookies et ceux de tiers conformément à notre Politique de cookies.